Ana Səhifə Elektron Kataloq Elektron Kitabxana Milli Kitabxanadan elektron sənəd sifarişi Filiallar Kitabxana haqqında
Əlaqə



Ölməz qəzəlxan (Fotosessiya)

Ölməz qəzəlxan (Fotosessiya)


Yasamal rayon MKS-in 1 saylı filialında (Ə.Vahid adına kitabxana-muzey) 19 fevral saat 12.00-da Əliağa Vahidin 118 illiyinə həsr olunmuş “Ölməz qəzəlxan” başlığı altında poeziya saatı keçirildi.

1 saylı filialın müdiri Mətanət Qasımova gələn qonaqları salamladı və öz nitqində Əliağa Vahidin həyat və yaradıcılığından qısa məlumat verərək, tədbiri açıq elan etdi. Tədbiri aparmaq üçün sözü Vahid poeziya məclisinin sədri Hacı Rafiq Əliyevə verdi. Tədbir iştirakçıları ilk öncə Vahidin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra Hacı Rafiq Füzuli ənənələrinin davamçısı və Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi olan Vahidin yaradıcılığından tədbir iştirakçılarına geniş məlumat verdi. Məclisi davam etmək üçün Hacı Rafiq “Məcməüş – Şüara”nın sədri, tarix elmləri doktoru, professor məşhur qəzəlxan şair Şahin Fazilə verdi. Şahin Fazil çıxış edərək Vahidin qəzəllərindən sitatlar gətirərək onları təhlil etdi.

Daha sonra hər iki ədəbi məclisin üzvləri: Vahid poeziya evinin metodisti, incəsənət işçisi Həsən Həsənov, qəzəlxan Azər Cəbiyev, Elman Qasid, Gülbala Dadaş, Bəydəmir Qalalı, Elçin Aslangil, Dəstəgül Zamanlı, Sahibə Rəşid, Manaf Kərimov, Adilə Nəzərova və Yaşar Əliyev hər biri öz növbəsində çıxış edərək qəzəllər söylədilər.

Respublika qəzetinin xüsusi müxbiri Rauf İlyasoğlu və fotomüxbir Rafiq Nağıyev öz qəzetlərində bu tədbiri dərc edəcəklər.

Tədbirin sonunda Əliağa Vahidin oğlu İsgəndərov Ramiz bu tədbiri təşkil etdiyinə görə tədbir təşkilatçılarına öz minnətdarlığını bildirdi.


Ölməz qəzəlxan (Fotosessiya)

Ölməz qəzəlxan (Fotosessiya)

Ölməz qəzəlxan (Fotosessiya)

Ölməz qəzəlxan (Fotosessiya)

Ölməz qəzəlxan (Fotosessiya)

20-02-2012, 13:10     Çap et



Bölmələr

Xəbərlər

Struktur

Yeni kitablar

Dövrü mətbuat

Tədbirlər

İstifadə qaydaları

Təqvim

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Arxiv


May 2012 (30)
Aprel 2012 (60)
Mart 2012 (46)
Fevral 2012 (26)
Yanvar 2012 (13)
Dekabr 2011 (21)

Son xəbərlər


Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görüldü
L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən "CITTA ...

Bakı Musiqi Akademiyasının şagirdlərinin və təcrübəçi- tələbələrinin elmi-ifaçılıq konfransı
Mayın 22-də saat 12.00 Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kiçik zalında Bakı Musiqi Akademiyasının ...

Bakıda “Bizim qısa filmlər” Kino Günləri başlayır
Mayın 18-dən 29-dək “Nizami” Kino Mərkəzində “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi(Fotosessiya)
May ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ...

11 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti təqdim edildi
Mayın 16-da 11 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr ...

"Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı oldu
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin ...


Sorğu


Yaxşıdı
Əladır
Pisdir
Fərq eləmir



Linklər