Ana Səhifə Elektron Kataloq Elektron Kitabxana Milli Kitabxanadan elektron sənəd sifarişi Filiallar Kitabxana haqqında
Əlaqə



Sevimli şairimiz

Sevimli şairimiz


Xalq şairi, "Şöhrət" ordenli Nəriman Həsənzadə bu il 81 yaşını qeyd edir.

Həyat və yaradıcılığı

Nəriman Əli­məmməd oğlu Həsənzadə 1931-ci il fevral ayının 18-də Qazax rayonunun Poylu stansiyasında (indiki Ağstafa rayonu ərazisi) anadan olub. O, ibtidai və orta təhsilini öz rayonunda almış, 1949 -53-cü illərdə indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. 1954-56-cı illərdə ordu sıralarında xidmətdə olmuşdur.

1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirərək ikinci ali təhsil almış, Moskvada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxumuşdur.

1962-65-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuş, “Azərbaycan – Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır.
1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və Gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində işləmişdir.

1954-cü ildə Azərbaycan Yazıçılar Birliyinin, sonralar isə İdarə Heyətinin üzvü seçilmişdir.
1991-1995-ci illərdə Azərbaycanın Xalq deputatı olmuşdur.
Hazırda Milli Aviasiya Akademiyasında “Humanitar fənlər kafedrası”nın müdiri işləyir, dosentdir. MAA Elmi Şurasının üzvüdür. 2004-cü ildə Azərbaycan yazıçılarının XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir.

2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü, 2004-cü ildə akademiki seçilmişdir. Əməkdar İncəsənət xadimidir. “Şərəf nişanı” ordeni, Azərbaycanın və Belarusun Fəxri Fərmanları ilə təltif olunmuşdur.

Müstəqil Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.

Bakıda “Seçilmiş əsərləri” , Tehranda “Söyüd” və Tiflisdə “Seçilmiş əsərləri” nəşr edilmişdir. “Nabat xalanın çörəyi” povesti Moskvada “Molodaya qvardiya” nəşriyyatında rus dilində , Tbilisidə gürcü dilində nəşr olunmuşdur

Nəriman Həsənzadə epik-dramatik poemalar müəllifi kimi də tanınmışdır: “Nəriman”, “Zümrüd quşu”, “Kimin sualı var?”. Hər üç poema rus dilində də nəşr edilmişdir.

Xalq şairi 34 bədii – poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir. 2004-cü ildə “Seçilmiş əsərləri” dövlət tərəfindən latın qrafikası ilə kütləvi tirajla nəşr edilmişdir. 100-dən artıq şeirinə musiqi bəstələnmişdir. Bəstəkar R. Mustafayevlə “Nəriman” və N. Əliverdibəyovla “Vətən” kantatalarını işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə N. Həsənzadəyə 2005-ci ildə Xalq şairi fəxri adı verilmişdir.

N. Həsənzadə ilin şairi elan olunmuş, ona “Uğur – 2009” diplomu verilmişdir.

17-02-2012, 13:06     Çap et



Bölmələr

Xəbərlər

Struktur

Yeni kitablar

Dövrü mətbuat

Tədbirlər

İstifadə qaydaları

Təqvim

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Arxiv


May 2012 (30)
Aprel 2012 (60)
Mart 2012 (46)
Fevral 2012 (26)
Yanvar 2012 (13)
Dekabr 2011 (21)

Son xəbərlər


Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görüldü
L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən "CITTA ...

Bakı Musiqi Akademiyasının şagirdlərinin və təcrübəçi- tələbələrinin elmi-ifaçılıq konfransı
Mayın 22-də saat 12.00 Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kiçik zalında Bakı Musiqi Akademiyasının ...

Bakıda “Bizim qısa filmlər” Kino Günləri başlayır
Mayın 18-dən 29-dək “Nizami” Kino Mərkəzində “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi(Fotosessiya)
May ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ...

11 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti təqdim edildi
Mayın 16-da 11 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr ...

"Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı oldu
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin ...


Sorğu


Yaxşıdı
Əladır
Pisdir
Fərq eləmir



Linklər