 |
 |
| İlk baş memar - Zivər bəy Əhmədbəyov |
|
 Zivərbəy Əhmədbəyov öz dövrünün görkəmli ziyalılarından biri idi. 1873 -ci ildə Şamaxıda doğulan Zivərbəy ilk ali təhsilli Azərbaycan memarı olub. O,1902-ci ildə Peterburqda inşaat mühəndisləri institutunu bitirmişdi.
O, Azərbaycan xalq cümhuriyyəti dövründə Bakı şəhərinin baş memarı olmuşdu. Şamaxıda Cümə məscidi, Bakıda Təzə Pir məscidi, Əmircanda Murtuza Muxtarovun tikdirdiyi məscidin, Bakıda necə-necə yaşayış evinin memarı olub. Bu görkəmli insanın bu gün də hər birimiz üçün çox vacib olan bir məsələ- islam mədəniyyət abidələrinin qorunması sahəsindəki fəaliyyəti xususi vurğulanmalıdır.
Təzə Pir Məscidi. Məscid Zivərbəy Əhmədbəyovun layihəsi əsasında 23 iyul 1905-ci ildə tikilib.
Cümə Məscidi (Şamaxıda)
1908-22-ci illərdə Əmircanda və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilmişdir. Əmircanda tikdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi YUNESKO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.
Z.Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirirdi. Bakıda Oftalmologiya institutunun və onun layihəsilə tikilən bir sıra başqa yaşayış binaları bu gün də göz oxşayır.
1917-ci ildə isə Z.Əhmədbəyov "İslam mədəniyyət abidələrini qoruyan", 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan "Yeni Şirvan" cəmiyyətlərini yaradır.26 may 2011-ci ildə Bakıda "Nizami" metro stansiyası qarşısında Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. Z.Əhmədbəyovun heykəlinin məhz “Nizami” metrostansiyasının qarşısında ucaldılması təsadüfi deyil. Metronun sol tərəfində memarlıq üslubunda tikilən binanın müəllifi Z.Əhmədbəyovdur. Metronun qarşısından keçən küçə də, Z.Əhmədbəyovun adını daşıyır.
|
| 16-02-2012, 12:00 |
Çap et |
|
 |
|
 |
|
 |
 |
|
 |
 |
| Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir |
| Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ... |
| "Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya) |
| Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ... |
| GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub |
| Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub. |
| Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi |
| Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi. |
| Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görüldü |
| L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən "CITTA ... |
| Bakı Musiqi Akademiyasının şagirdlərinin və təcrübəçi- tələbələrinin elmi-ifaçılıq konfransı |
| Mayın 22-də saat 12.00 Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kiçik zalında Bakı Musiqi Akademiyasının ... |
| Bakıda “Bizim qısa filmlər” Kino Günləri başlayır |
| Mayın 18-dən 29-dək “Nizami” Kino Mərkəzində “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək. |
| Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi(Fotosessiya) |
| May ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ... |
| 11 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti təqdim edildi |
| Mayın 16-da 11 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr ... |
| "Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı oldu |
| Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin ... |
|
 |
 |
| Mərkəzləşdirilmiş kitabxana sistemlərinin yaranması |
|
|
 |
|