Ana Səhifə Elektron Kataloq Elektron Kitabxana Milli Kitabxanadan elektron sənəd sifarişi Filiallar Kitabxana haqqında
Əlaqə



Səhnəmizin əfsanəvi Məcnunu

Səhnəmizin əfsanəvi Məcnunu


Azərbaycan teatr sənətinin banilərindən biri olan H.Sarabski özündə aktyorluq qabiliyyəti ilə yanaşı, əsrin əvvəlllərində yaşayıb-yaratmış digər ziyalılara xas olan yenilikçilik ruhu da daşıyırdı. Onun yaradıcılığının özünəməxsusluğunu və dəyərini göstərən bir məsələ üzərində xüsusi olaraq durmaq istəyirəm. Söhbət Sarabskinin ömrünün sonlarına qədər qəlbində yaşatdığı vətən sevgisindən, onun təbiətinə olan heyranlıqdan gedir.

Məcnun rolunun ilk ifaçısı Hüseynqulu Məlik oğlu Rzayev (Sarabski) 1879-cu ildə Bakıda kasıb bir ailədə anadan olmuşdur. Əslində onun həyatı maraqlı bir filmin süjeti ola bilərdi: taleyi də, sənət yolu da, daxilən bütöv, mətin, qarşısına qoyduğu məqsədə gedən yolda hər cür maneələri dəf edən, ən əsası isə sevdiyi işinə, peşəsinə vurğunluğunu ömrünün son anınadək saxlayan böyük bir Aktyorun, şəxsiyyətin həyat tarixçəsidir. İlk sənət məhəbbətinə o, son nəfəsində də sadiq qaldı.

Uşaqlıqdan Hüseynqulu Sarabski musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilirdi.12 yaşlı Hüseynqulu ilk dəfə teatr tamaşasına baxır: bu həvəskarların ifasında "Xan Sarabi" adı ilə qoyulmuş Mirzə Fətəli Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü-Sarabski də bu güclü təəssüratın əks sədası oldu. Elə bu gündən teatr və musiqi onun arzu və xəyallarında qoşalaşdı. Azərbaycanda milli dramaturgiyanın əsasını qoymuş Mirzə Fətəli Axundovun əsəri Azərbaycanın ilk opera artistinin taleyində rəmzi bir məna alaraq onu əbədiləşdirən ada təkan verdi.

Sarabskinin şəxsiyyətində azərbaycanlılara xas olan muğam duyğusu çox güclü hiss olunur. O, sanki haqqında əfsanələr yaradılmış istedadlı musiqiçiləri və xanəndələri xatırladır. Muğam dəstgahı üçün xarakterik olan bütün cəhətlər bir insan, bir sənətkar kimi Sarabskidə əks olunmuşdur.Sarabski anadangəlmə xanəndə idi. Yaradıcılıq sənətinin açarını xalq sənətində axtarırdı. Ona görə də xanəndə aktyor qarşılıqlı sintezi təbii idi.

Səhnəmizin əfsanəvi Məcnunu


Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun" üzərində işləyən Üzeyir Hacıbəyovun diqqətini cəlb etdi. Bu, zirvəyə gedən yolun başlanğıcı oldu. Üzeyir Hacıbəyov məlahətli səsə malik, muğamlara bələd olan aktyor kimi də təbii və canlı Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola – Məcnun roluna dəvət etdi. Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və ümumazərbaycan şöhrəti gətirdi. Bu rol bəlkə də aktyorluq sənətinə hələ də "oyunbazlıq" kimi baxanların teatra münasibətini kökündən dəyişdirən təkan nöqtəsi oldu. Aktyorun özünün yazdığı kimi "vaxtı ilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar". Səhnədə yaşadığı 30 ildən artıq bir müddətdə o 400 dəfə bu rolun sehrini yaşadı, yaratdı. Azərbaycan səhnəsinin əfsanəvi, təkrarolunmaz Məcnunu kimi tanındı.

"Leyli və Məcnun" operasında Məcnun rolunun uzun illər (30 ildən artıq) əvəzsiz ifaçısı olub.Hüseynqulu Sarabski 400 dəfə bu rolu tamaşaçıya sevdirib. O 1931 - ci ildə Azərbaycanın Xalq Artisti adına laiq görülüb.


Səhnəmizin əfsanəvi Məcnunu

"İlk Məcnun" Hüseynqulu Sarabski, Bakı, 1908

16-02-2012, 11:07     Çap et



Bölmələr

Xəbərlər

Struktur

Yeni kitablar

Dövrü mətbuat

Tədbirlər

İstifadə qaydaları

Təqvim

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Arxiv


May 2012 (30)
Aprel 2012 (60)
Mart 2012 (46)
Fevral 2012 (26)
Yanvar 2012 (13)
Dekabr 2011 (21)

Son xəbərlər


Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görüldü
L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən "CITTA ...

Bakı Musiqi Akademiyasının şagirdlərinin və təcrübəçi- tələbələrinin elmi-ifaçılıq konfransı
Mayın 22-də saat 12.00 Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kiçik zalında Bakı Musiqi Akademiyasının ...

Bakıda “Bizim qısa filmlər” Kino Günləri başlayır
Mayın 18-dən 29-dək “Nizami” Kino Mərkəzində “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi(Fotosessiya)
May ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ...

11 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti təqdim edildi
Mayın 16-da 11 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr ...

"Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı oldu
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin ...


Sorğu


Yaxşıdı
Əladır
Pisdir
Fərq eləmir



Linklər